İdman

Azərbaycan 8-ci oldu

13 Yanvar 2021 22:49
Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" turniri başa çatıb.

Milli.Az xəbər verir ki, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan idmançıları da mübarizə aparıblar. Milli komandamız beynəlxalq yarışda iki gümüş medal qazanmaqla, ümumi komanda hesabında səkkizinci yeri tutub.

İlk üç yerdə Fransa (5 qızıl, 1 gümüş, 1 bürünc), Cənubi Koreya (3 qızıl), Yaponiya (2 qızıl, 5 gümüş) komandaları qərarlaşıblar.

Qeyd edək ki, turnirdə 7 cüdoçumuz mübarizə aparıb. Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıblar. Xatırladaq ki, Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.