İtaliya A Seriyasının 15-ci turunda "Benevento"nun qonağı olan "Milan" 2:0 hesabı ilə qalib gəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu qələbə ilə xallarını 37-ə çatdıran "qırmızı-qaralar" "İnter"in bir neçə saatlıq liderliyinə son qoyub.
Qeyd edək ki, ötən gün "İnter" evdə "Krotone"ni 6:2 udaraq xallarını 36-a çatdırmış və liderliyə yüksəlmişdi.
"Benevento" - "Milan" - 0:2
Qollar: Kessie, 15-pen. Leao, 49
Milli.Az