İdman

Pele Ronaldu, yoxsa Messi sualına maraqlı cavab verdi

3 Yanvar 2021 08:28
Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol tarixinin ən yaxşı oyunçularından biri olan braziliyalı Pele Ronaldu ilə Messi rəqabətindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 3 qat Dünya Kuboku çempionu ona görə hansının daha yaxşı olduğunu açıqlayıb.

80 yaşlı əfsanə "Düşünürəm ki, hazırda ən yaxşısı Kriştianu Ronaldudur, çünki o, daha qətiyyətlidir. Əlbəttə ki, Messini də unuda bilmərik. Ümumiyyətlə, indiyə qədərki ən yaxşını seçmək çox çətindir. Ziko, Ronaldinyo kimi əfsanələr də olub. Amma əminəm ki, Pele hamısından daha yaxşı idi",- deyə açıqlamasında bildiririb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.