İdman

20 yaşlı futbolçu ikinci dəfə ilin idmançısı seçildi

30 Dekabr 2020 10:55
Baxış: 809
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Alfonso Devis ölkəsi Kanadada ilin ən yaxşı idmançısı adına layiq görülüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Kanada Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bununla Devis ikinci dəfə bu mükafatı qazanır. 20 yaşlı müdafiəçi ilk dəfə 2018-ci ildə ölkəsində fərqləndirilib. Həmin vaxt "Bavariya"ya keçən sol cinah oyunçusunun klubu ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Alfonso Devis 2020-ci ildə Kanadanın həm də ən yaxşı futbolçusu seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.