Fransa Liqa 1 klubu "Nant" komandanın başına Raymon Domeneki gətirib.
Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, təxminən 10 il sonra yenidən kluba baş məşqçilik edən Domenek ilə mövsümün sonunadək müqavilə bağlanıb. 68 yaşlı mütəxəssisin yeni klubu ilə ilk oyunu yanvarın 6-da "Renn"ə qarşı olacaq.
Qeyd edək ki, Raymon Domenek 2004-2010-cu illərdə Fransa millisinə rəhbərlik edib. Bundan əlavə, o, "Lion", PSJ, "Strasburq" kimi klubların çalışdırıcısı olub.
Milli.Az