İdman

UEFA bütün zamanların reytinqini açıqladı - Azərbaycan neçəncidir?

24 Dekabr 2020 17:22
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Avrokuboklarda bütün zamanların (1955-2020) yeni reytinq siyahısını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 526 klubun yer aldığı siyahıya Azərbaycan təmsilçilərindən 7-si daxil olub.

Bunlardan ən yüksək pillədə "Qarabağ" qərarlaşıb. Ağdam təmsilçisi 46 xalla 78-ci pillədə qərarlaşıb.

"Neftçi" 15 xalla 171-ci, fəaliyyətini dayandıran "Bakı" klubu isə 6 xalla 271-ci sıradadır.

"Keşlə" 5 xalla 297-ci, "Şəmkir" 2 xalla 398-ci, "Kəpəz" isə 2 xalla 399-cudur. Bir xalı olan "Xəzər Lənkəran" 426-cı pillədə yer alıb.

Qeyd edək ki, siyahıya "Real" (607 xal) başçılıq edir. "Bavariya" (495 xal) 2-ci, "Barselona" (459 xal) 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.