İdman

“İndi “Arsenal”a kömək etmək istərdim” - Özil

24 Dekabr 2020 15:48
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın futbolçusu Mesut Özilin London təmsilçisinin hazırkı vəziyyətindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Avropa Liqası və Premyer Liqa üçün sifariş ərizəsində daxil edilməyən 32 yaşlı yarımmüdafiəçi "Tvitter" hesabında bununla bağlı verilən suala cavab olaraq deyib:

"İndi tək mənim üçün yox, klubdakı hər kəs üçün çətin bir zamandır. Hazırkı vəziyyət hamını narahat edir. Əlbəttə ki, indi komandaya kömək etmək istərdim. Ancaq mənə şans verilənə qədər yalnız nəticələrin yaxşılaşacağına ümid edə bilərik. Gəlin, pozitiv olaq".

Qeyd edək ki, "Arsenal" hazırda 14 xalla Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Komandanı elitanı tərk etmək zonasından 4 xal ayırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.