"Mançester Yunayted" öz klub rekordunu qırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" buna İngiltərə kubokunun 1/4 finalında "Everton"la səfər matçında nail olublar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Ole Qunnar Sulşerin baş məşqçisi olduğu komanda bütün turnirlərdə Premyer Liqa klubları üzərində ardıcıl 13-cü səfər qələbəsini qazanıb. Bu, "Mançester Yunayted" üçün klub rekordu hesab edilir.
Komanda son dəfə iyun ayının 19-da əsas liqa komandasına qalib gələ bilməyib. Premyer Liqanın 2019/20 mövsümünün 30-cu turunda "Tottenhem"lə Londonda keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, "Mançester Yunayted" kubokun yarımfinalında "Mançester Siti"ni qəbul edəcək. Yarımfinal oyunları 2021-ci il yanvarın ilk həftəsində keçiriləcək.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .png) 
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                    .png) 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                     
                     
                    .jpg) 
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        