İdman

"Məncə, tarix ərzində ən zəif millimiz indikidir" - Bəxtiyar Musayev

16 Dekabr 2020 18:19
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qrupdakı rəqiblərimizə baxmaqdan çox, özümüzə baxmalıyıq. Komandamız ildən ilə geriləyir".

Milli.Az sportinfo.az-a istinadla xəbər verir ki, bu sözləri millimizin veteran futbolçusu Bəxtiyar Musayev DÇ-2022-nin seçmə mərhələsində yığmamızın qarşılaşacağı rəqibləri dəyərləndirərkən deyib.

Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək.

Təcrübəli mütəxəssis hazırkı yığmanın gələcəyindən çox ümidsiz danışıb: "Komandanın bu yaxınlarda Millətlər Liqasında çıxışını izlədim. Məncə, tarix ərzində ən zəif millimiz indikidir.

Yeni gənclər gəlir, heyət cavanlaşır, amma çox təəssüf ki, heç bir irəliləyiş yoxdur. Bir cavan oynayanda, 3-5 nəfər də heç bir perespektivi olmayanlar milliyə çağrılır.

Böyük geriləmə var. Millimiz ürəkaçan səviyyədə deyil. Yaxşı bir şey də gözlənilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.