İdman

“Sumqayıt”da şok: 10 futbolçunun koronavirus testi pozitiv çıxıb

13 Dekabr 2020 17:24
Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sumqayıt"ın futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

Milli.Az Apasport.az-a istinadən bildirir kigörə, test verən 16 oyunçudan yalnız altısında nəticələr neqativ olub.

10 futbolçu isə 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin neqativ nəticələnəcəyi ehtimal edilir. 

Əgər bu baş verməsə, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək. Dekabrın 20-də "Zirə"yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı 7-dən az olmasa, qarşılaşma yenidən təxirə salına bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.