İdman

“Atletiko”nun sabiq futbolçusu karyerasını bitirdi

8 Dekabr 2020 17:05
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiya millisinin və "Atletiko"nun sabiq futbolçusu Cekson Martines karyerasını bitirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə  34 yaşlı hücumçu özünün "İnstaqram" hesabında yazıb. O, zədəsini sağalda bilmədiyi üçün belə addım atdığını bildirib:

"Peşəkar futbolçu kimi karyeramı bitirməyə qərar verdiyimi sizə demək istəyirəm. Bu, həm çətin, həm də ən ağıllı qərardır.

2015/16-cı illər mövsümündə ayaq biləyimi zədələdikdən sonra yenidən meydana qayıtmaq üçün çalışmağa başladım. 2 il sonra qayıtsam da, bu cür oynamaq mənim üçün çətin idi".

Qeyd edək ki, Martinesin son klubu  "Portimononse" (Portuqaliya) olub. O, zədə səbəbindən bu mövsüm oyuna çıxmayıb. Martines Portuqaliya təmsilçisində ötən mövsüm 24 matçda 1 qol vurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.