Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2020-ci ilin klublar arasında ən yaxşı baş məşqçisinin və milli komanda çalışdırıcısının adını açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, klublar arasında ən yaxşı baş məşqçi "Bavariya"nın çalışdırıcısı Hans-Diter Flik seçilib. O, Münhen təmsilçisindəki debüt mövsümündə Çempionlar Liqasının, Bundesliqanın və Almaniya kubokunun qalibi olub.
Milli komandalar arasında isə Fransa yığmasının çalışdırıcısı Didye Deşam 1-ci seçilib. Onun kollektivi Millətlər Liqasının yarımfinal mərhələsinə yüksəlməyi bacarıb.
Milli.Az