İdman

"Nəticədən məmnun deyiləm" - “Makkabi"nin baş məşqçisi

4 Dekabr 2020 10:28
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşünürəm ki, ümumilikdə yaxş oyun keçirdik. İlk hissədə çoxlu şansımız oldu, intizamlı olduq və mübarizə apardıq. Son dəqiqəyə qədər qələbə qazanmağa çalışdıq. Evdə növbəti mərhələ üçün mübarizə aparacağıq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Makkabi"nin baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İstanbulda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisi ilə paralel keçən  "Sivasspor" - "Vilyarreal" matçı (0:1) haqda da danışıb: "Bu görüşün nəticəsini son dəqiqələrdə bildik. Meydanda açıq oyun getdi. Sonadək vuruşduq. İmkanlarımız oldu, futbolçular çalışdılar. Komandamdan razı qaldım. Sadəcə, son nəticədən məmnun deyiləm".

"Makkabi"nin baş məşqçisi qrup mərhələsinin son turunda qarşılaşacaqları "Sivasspor"la oyun ərəfəsində bunları söyləyib: "Son turda evdə oynayacağıq. Özümüzə güvənirik. Güclü oyunçularımızın olduğu yaxşı komandamız var. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı fürsətimiz var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.