İdman

“Messinin sarı vərəqəsini ləğv edərdim” - Kuman

2 Dekabr 2020 09:24
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın baş məşqçisi Ronald Kuman kapitan Lionel Messinin Dieqo Maradonanı yad etmək məqsədi ilə "Nyuells Old Boys" forması geyinməsinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis 33 yaşlı hücumçunun formasını çıxarıb, sözügedən geyimi nümayiş etdirdiyi üçün sarı vərəqə ilə cəzalanmasını ədalətli hesab etmir:

"Bu hərəkətə görə sarı vərəqə cəzasının olduğunu bilirdik. Lakin Messi bunu Maradonanın xatirəsinə hörmət əlaməti olaraq etdiyini də bilirik. Belə bir səlahiyətim yoxdur. Amma mən Messinin sarı vərəqəsini ləğv edərdim".

Qeyd edək ki, Messi La Liqanın 11-ci turunda "Osassuna" ilə matçda (4:0) qol vurduqdan sonra belə bir hərəkət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.