İdman

"Makkabi" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

1 Dekabr 2020 17:55
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Makkabi" (Təl-Əviv) oyuna itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, cəzalı olduğu üçün Enrik Saborit matçı buraxacaq. İspaniyalı müdafiəçi "Vilyarreal"la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Bundan başqa, İsrail mətbuatı "Vilyarreal"la oyunda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.