İdman

"Daha da artırıb, yaxşı komanda görəcəyik" - Samir Abbasov

28 Noyabr 2020 19:13
Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyəcanlı oyun keçdi. Hər saniyədə matçın taleyi həll oluna bilərdi".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Öz meydanında rəqibi ilə qolsuz bərabərə qalan "ağ-qaralar" liderliyə yüksəlmək şansını əldən verib
Oyunsonrası mətbuat konfransında Abasov getdikcə daha yaxşı çıxış edəcəklərini bildirib:

"Hər iki komanda uduzmamaq üçün meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.