İdman

"Hakimlər güclülərin tərəfini tuturlar" - Luçesku "Barselona" ilə oyunu şərh etdi

25 Noyabr 2020 14:41
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasında "Barselona" ilə oyundakı məğlubiyyəti şərh edib.

Milli.Az matc.az-a istinadən bildirir ki, qrup mərhələsinin IV turu çərçivəsində Kiyevdə baş tutan görüşdə katalonlar 4:0 hesabı ilə qələbə qazanıb.

"Artıq zəngin təcrübəm var. Bilirəm ki, bu cür oyunlarda hakimlər güclülərin tərəfini tuturlar. İncimirəm, çünki bilirəm ki, həmişə güclülərə kömək edirlər. Hakimlər bəzən böyük komandaların tərəfini tuturlar. Bu, yeni xəbər deyil", - Luçesku bildirib.

Onun fikrincə, "Barselona" layiqli qələbə qazansa da, belə bir hesabla məğlub olmağı xoşuna gəlməyib: "Axıra qədər mübarizə apardıq. Qapımıza təyin edilən penalti epizodunu nəzərdən keçirmək lazımdır".

Qeyd edək ki, "Barselona" 12 xalla G qrupunda liderdir. İkinci pillədə 9 xalla "Yuventus" qərarlaşıb. "Ferensvaroş" və "Dinamo" hərəyə 1 xal toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.