İdman

İngiltərədə daha 8 nəfər koronavirusa yoluxub

24 Noyabr 2020 09:17
Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasında klubların futbolçuları və əməkdaşları növbəti dəfə koronavirus testindən keçiriliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, testlərdən 1 530 nəfər keçib. Onlardan 8 nəfərində yeni növ koronavirus aşkarlanıb.

Koronavirus aşkarlanan şəxslərin adları və məxsus olduqları klubların adları açıqlanmır. Bütün koronavirusa yoluxanlar 10 günlük karantinə yerləşdiriliblər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında klubların nümayəndələri həftədə iki dəfə koronavirus testindən keçirlər. Koronavirusa yoluxanların adları və məxsus olduqları klubların adları açıqlanmır. Ümumilkdə bu mövsüm Premyer Liqada 76 yoluxma halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.