İdman

Latviyada çempion bəlli oldu

22 Noyabr 2020 07:44
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Riga" mövsümün başa çatmasına iki tur qalmış qızıl medalları təmin edib.

Buna liderin əsas izləyicisi RFS-in səfərdə "Liepaya"ya 0:1 hesablı məğlubiyyəti də şərait yaradıb. 25 oyuna 69 xal toplayan "Riga" son iki turda uduzsa belə, mövsümü lider kimi başa vuracaq. Çünki ikinci pillədə qərarlaşan RFS-in hazırda 60 xalı var.

Qeyd edək ki, bu, "Riga"nın həm bütövlükdə, həm də ardıcıl üçüncü çempionluğudur. 2014-cü ildə yaradılmış bu klub 2018 və 2019-cu illər mövsümünün də qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.