"Fənərbağça"nın bir futbolçusu koronavirusa yoluxub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
"Gənclərbirliyi" ilə Superliqa matçından öncə kollektivin COVİD-19 testindən keçdiyi və bir oyunçunun koronavirus testinin pozitiv çıxdığı bildirilib. Adı açıqlanmayan futbolçu karantinə alınıb.
Qeyd edək ki, "Fənərbağça"da daha öncə ölkəsinin milli komandasına yollanan bir futbolçunun da koronavirusa yoluxduğu açıqlanmışdı.
Milli.Az