"Zirə" klubunun futbolçusu Klesio Bauk koronavirusa yoluxub.
Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Bildirilib ki, hazırda Mozambik yığmasının düşərgəsində yer alan 26 yaşlı vingerin koronavirus testi pozitiv çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virusa yoluxma müşahidə olunub.
Mozambik yığması dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.
Milli.Az