İdman

Emil Balayev “Qarabağ”dan ayrılır - SƏBƏB

7 Noyabr 2020 12:42
Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümlərarası fasilədə "Zirə"dən "Qarabağ"a keçən Emil Balayev qış fasiləsində sabiq klubuna qayıda bilər.

Milli.Az sportinfo-ya istinadla bildiir ki, qəsəbə təmsilçisi adıçəkilən qapıçını icarəyə götürmək istəyir.

Yayda ölkə çempionu ilə 2 illik müqavilə imzalayan qolkiper hazırda burada özünü göstərə bilmir. Qurban Qurbanov ona avrokuboklarda şans vermir.

Şahruddin Məhəmmədəliyevə güvənən baş məşqçi millinin "1 nömrə"sinə yalnız Premyer Liqada meydana çıxmaq imkanı yaradır. Bu isə Balayevi qane etmir.

O, daim oynayacağı komandaya getmək fikrindədir. "Zirə" bu mənada Emilə həm tanış, həm də etibarlı seçimdir.

Hər halda, ötən mövsümün ikinci yarısının 3 ayını "qartallar"ın düşərgəsində keçirib, eyni zamanda, Rəşad Sadıqovla yaxşı münasibətləri var. İndi hər iki klub arasında onun 6 aylıq icarəyə götürülməsi yönündə danışıqlar gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.