İdman

Salah Cerrardın rekordunu təkrarladı

4 Noyabr 2020 15:41
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atalanta" üzərində qələbə (5:0) "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşdə fərqlənən misirli hücumçu turnirdə "qırmızılar"ın heyətində vurduğu qolların sayını 21-ə çatdırıb.

Bununla da, o, bu göstəricidə komandanın sabiq futbolçusu Stiven Cerrarda çatıb. Hazırda Salah Cerrarda birlikdə Çempionlar Liqasında "Liverpul"un ən çox qol vuran futbolçusudur.

Qeyd edək ki, 3 turdan sonra 9 xal toplayan "Liverpul" qrupun lideridir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.