İdman

Xəstəxanada Maradonaya dəstək

4 Noyabr 2020 19:12
Baxış: 923
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xroniki subdural hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Maradona beyin əməliyyatı keçirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, əfsanəvi futbolçu Buenos-Ayresdə dəstəksiz qalmayıb.

Onlarla azarkeş xəstəxananın qarşısına toplaşaraq 60 yaşlı mütəxəssisə dəstək olub. Pərəstişkarlar xəstəxananın həyətinə bayraqlar, plakatlar və Maradonanın şəkli olan köynəklərlə toplaşaraq mahnılar oxuyublar.

Qeyd edək ki, Maradonanın şəxsi həkimi 1 saat 20 dəqiqə çəkən əməliyyatın uğurlu keçdiyini, argentinalının səhhətinin yaxşı olduğunu açıqlayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.