İdman

Mayk Tayson keçmiş hokkeyçi ilə döyüşəcək

3 Noyabr 2020 18:09
Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi amerikalı boksçu Mayk Tayson yenidən gündəmə gəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 54 yaşlı dünya ulduzu Milli Hokkey Liqasının (MHL) keçmiş hücumçusu Jorj Larakla rinqə çıxmağa hazırlaşır.

43 yaşlı kanadalı sabiq hokkeyçi radioya açıqlamasında Taysonla duel üçün danışıq apardıqlarını və razılığın 75 faiz alındığını söyləyib. Tayson bundan əvvəl həmyerlisi Roy Consla noyabrın 28-də döyüşməyi planlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, peşəkar karyerası ərzində 58 döyüş keçirən Mayk Tayson bunun 50-də (44-ü nokautla) qələbə qazanıb. MHL-də 752 oyunda iştirak edən Jorj Larak isə 2010-cu ildə karyerasını bitirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.