İdman

Vilyarreal” “Qarabağ”la oyunda iki futbolçusunu itirib

31 Oktyabr 2020 14:44
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində "Qarabağ" üzərində 3:1 hesablı qələbə qazanan "Vilyarreal" iki futbolçusunu itirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, müdafiəçi Xuan Foyt və yarımmüdafiəçi Frensis Kokelin "Başakşəhər Fatih Terim" stadionundakı görüşdə zədələnib.

Foyt matça əlavə edilmiş dəqiqələrdə əvəzlənibsə, Kokelin sona qədər meydanda qalıb. Argentinalı müdafiəçinin sağ, fransalı yarımmüdafiəçinin isə sol ayaq əzələsində problem aşkarlanıb. Futbolçuların sağalma prosesi barədə açıqlama verilməsə də, onların milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə qədər kollektivdən uzaq qalacağı dəqiqdir.

Qeyd edək ki, "Vilyarreal" İspaniya La Liqasının VIII turu çərçivəsində noyabrın 2-də "Valyadolid"lə qarşılaşacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.