İdman

Maradona: "Messi və Ronaldu..."

28 Oktyabr 2020 08:33
Baxış: 1 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina yığmasının sabiq üzvü Dieqo Maradona İspaniya "Barselona"sının hücumçusu Lionel Messi və İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu dünyanın ən yaxşı futbolçuları hesab edib.

Milli.Az xəbər verir ki, hazırda ölkəsində "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi olan əfsanəvi oyunçu "France Football"a açıqlamasında hər iki forvardın digərlərindən üstün olduğunu bildirib.

60 yaşlı mütəxəssis deyib ki, heç kim onların etdiklərinin yarısını da edə bilmir.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.