"Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində 1-ci turunda "Qarabağ"a qarşı matçında texniki zonada ola bilməyəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının pley-off mərhələsində "Zalsburq"la cavab oyunundam (1:3) cəzalı olmasıdır. Yunanıstanlı mütəxəssis sözügedən görüşdə texniki zonadan qovulub. Buna görə o, "Qarabağ"la matçı tribunadan izləməli olacaq.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Milli.Az