İdman

Türk futbolçular qol vurdu, "Lill" liderliyə yüksəldi

19 Oktyabr 2020 11:45
Baxış: 1 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Liqa 1-də 7-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən gecə liderlik uğrunda mübarizə aparan "Lill" və "Lans" komandaları üz-üzə gəlib.

Lill təmsilçisi 4 cavabsız qolla zirvəni ələ keçirib. Qollardan ikisini türkiyəli futbolçular - Burak Yılmaz və Yusuf Yazıcı vurub.

Bu qələbədən sonra "Lill" 7 turdan sonra 17 xalla turnir cədvəlinin lideridir. PSJ 15 xalla 2-cidir. 3-cü yerdə olan "Renn"in də 15 xalı var.

"Lill" - "Lans" 4:0
Qollar: Burak Yılmaz, 11, Bamba, 48, İkone, 69, Yazıçı, 79

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.