Fransa Liqa 1-də 7-ci tura yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən gecə liderlik uğrunda mübarizə aparan "Lill" və "Lans" komandaları üz-üzə gəlib.
Lill təmsilçisi 4 cavabsız qolla zirvəni ələ keçirib. Qollardan ikisini türkiyəli futbolçular - Burak Yılmaz və Yusuf Yazıcı vurub.
Bu qələbədən sonra "Lill" 7 turdan sonra 17 xalla turnir cədvəlinin lideridir. PSJ 15 xalla 2-cidir. 3-cü yerdə olan "Renn"in də 15 xalı var.
"Lill" - "Lans" 4:0
Qollar: Burak Yılmaz, 11, Bamba, 48, İkone, 69, Yazıçı, 79
Milli.Az