İdman

Azərbaycanda qadın futbolçu rəqibini yumruqladı

13 Oktyabr 2025 00:08
Baxış: 327
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən "Neftçi" - "Liman" oyunu qalmaqalla yadda qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Palms Sport Arena"da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində "Neftçi"nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.

Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.