İqtisadiyyat

Azərbaycanda Çin avtomobilləri ucuzlaşdı - VİDEO

12 Oktyabr 2025 23:53
Baxış: 392
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətində enmə müşahidə olunur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 2024-cü ilin sıfır kilometr avtomobillərin satış qiyməti 2025-ci il istehsalı eyni model və eyni komplektasiyanın qiymətindən 1000-2000 manat çox olub. Yəni il keçdikcə avtomobilin buraxılış ili yeni olsa da, qiymət azalmaqdadır. Satıcıların sözlərinə görə, qiymət fərqliliyinin bir neçə səbəbi var. Əsas amillərdən biri Çin bazarında modellərin müxtəlifliyidir.

Satıcılar bildiriblər ki, avtomobillərin modelindən asılı olaraq, qiymət fərqi 200 dollardan 1000 dollara qədər dəyişir. Bəzi modellərdə isə qiymət 3500-4000 manata yaxın aşağıdır.

Əlavə olaraq, avtomobillərin Çindən Azərbaycana gətirilməsində mövsümi faktorlar da qiymətlərin dəyişməsinə təsir edir. Nəticədə, bazarda qiymət müxtəlifliyi yaranır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.