Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı sabah keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, əvvəlcə matç barədə danışıb.
Rebrov sabahkı oyunun Bakıda Azərbaycanla 1:1 etdikləri matçdan fərqli qarşılaşma olacağını bildirib:
"Bu, tamamilə başqa oyun olacaq. O vaxt meydançanın vəziyyəti bizə çox mane olmuşdu. Bir çox futbolçu milli komandada ilk dəfə çıxış edirdi, yəqin ki, həyəcan da var idi. İndi isə İslandiyaya qalib gəlmişik və buna görə futbolçular daha inamlı çıxacaq. Mən başa düşmürəm, niyə uğursuzluqlarımıza bu qədər reaksiya verilir. Uduzduğumuz zaman da çox yaxşı oyun sərgiləyirik. Ümid edirəm və əminəm ki, sabah uşaqlar ilk dəqiqədən gücümüzü göstərəcəklər və bu xalların bizim üçün Azərbaycan yığmasından daha vacib olduğunu anlayacaqlar.
Biz Azərbaycanla eyni şəraitdəyik. Amma bu oyun bizim üçün daha vacibdir. Keçmiş seçmə mərhələdə biz artıq bu fikri təkzib etmişik. İndi hamı diqqətini bu vacib oyuna yönəldib".
Milli.Az