Hava

Küləkli hava ilə bağlı xəbərdarlıq

12 Oktyabr 2025 19:59
Baxış: 461
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Milli.Az-a verilən xəbərə görə, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.