İdman

“Qarabağ”matçda zədələnən azarkeşi belə sevindirdi - VİDEO

12 Oktyabr 2025 18:41
Baxış: 440
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın futbolçuları Abdullah Zubir, Aleksey Kaşuk, Bədavi Hüseynov və Marko Yankoviç "Kopenhagen"lə oyunda yıxılaraq diz qapağını zədələyən azarkeşi evində ziyarət ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komanda üzvləri azarkeşə keçmiş olsun diləklərini çatdırıblar və klub adından hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" matçının 28-ci dəqiqəsində Abdullah Zubirin vurduğu qolu emosional şəkildə qeyd edən azarkeş yıxılaraq xəsarət almışdı. Həkimlərin ilkin müayinəsinə əsasən, onun diz qapağının qopduğu bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.