İdman

Haaland futbol tarixinə düşdü

12 Oktyabr 2025 19:04
Baxış: 350
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Norveç millisinin üzvü Erlinq Haaland yeni rekorda imza atıb.

Milli.Az xəbər verir ki, o, millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində ötən gecə İsraili 5:0 hesabı ilə məğlub edib. Haaland bu görüşdə iki dəfə penaltidən yararlana bilməyib. Hər ikisini rəqib qapıçısı Daniel Peres dəf edib. Ancaq daha sonra o, 3 qol vurub. 

Bununla da Haalandın millidəki qol sayı 51-ə çatıb. O, 46 görüşdə bu saya çatıb. 

Milli komandada 50 qol həddinə ən erkən çatan futbolçular

Erlinq Haaland (Norveç) - 46
Harri Keyn (İngiltərə) - 71
Kilian Mbappe (Fransa) - 90
Robert Levandovski (Polşa) - 90
Lionel Messi (Argentina) - 107
Kriştiano Ronaldo (Portuqaliya) - 114

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.