Hadisə

Göyçayda taxta sexində başlayan yanğın evlərə keçib - YENİLƏNİB - FOTO

13 Oktyabr 2025 00:21
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

00:21

Göyçayda yeşik sexində başlayan yanğın iki evə keçib.

APA-nin Şirvan bürosu xəbər verir ki, Göyçayda yeşik sexində baş verən güclü yanğın yaxınlıqda yerləşən iki fərdi yaşayış evinə keçib.

Nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Evlərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.

Alovun söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Alov lokallaşdırılıb.

---------

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.