İdman

Avropa Liqası: "Beşiktaş" uduzdu, "Qalatasaray" pley-off mərhələsinə yüksəldi

25 Sentyabr 2020 08:26
Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Kiprin "Apollon" klubu doğma divarlar arasında Polşa təmsilçisi "Lex"i qəbul edib. Polşalılar 5 cavabsız qol sayəsində pley-offa vəsiqə qazanıblar.
 
Pley-off mərhələsinin digər görüşləri bu gün keçirilib. Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ"ın da rəqibi bilinib. Ağdam təmsilçisi doğma meydanda "Drita"nı (Kosovo) məğlub edən "Legiya" (Polşa) ilə qarşılaşacaq.
 
Türkiyənin "Beşiktaş" klubu 3-cü təsnifat mərhələsində "Rio Ave" (Portuqaliya), "Alanyaspor" "Rusenborq"la, "Qalatasaray" isə "Hayduk" (Xorvatiya) ilə qarşılaşıb. "Beşiktaş"la "Alanyaspor" mübarizəni dayandırıb. Daha öncə "Neftçi"ni mübarizədən kənarlaşdıran "Qalatasaray" isə növbəti qələbə sayəsində pley-offa yüksəlib.
 
Avropa Liqası
3-cü təsnifat mərhələsi
23 sentyabr
 
Apollon (Kipr) - Lex (Polşa) 0:5
 
24 sentyabr
 
Ararat (Ermənistan) - Çelye (Sloveniya) 1:0
Kuopio (Finlandiya) - Suduva (Litva) 2:0
Fehervar (Macarıstan) - Reyms (Fransa) 0:0 (penaltilər 4:1)
Viktoriya (Plzen, Çexiya) - Sonderyuske (Danimarka) 3:0
Rostov (Rusiya) - Makkabi (Hayfa, İsrail) 1:2
Beşiktaş (Türkiyə) - Rio Ave (Portuqaliya) 1:1 (penaltilər 2:4)
Şarlerua (Belçika) - Partizan (Serbiya) 2:1
ÇSKA (Sofiya, Bolqarıstan) - B36 (Torşavn, Farer adaları) 3:1
Yurqorden (İsveç) - ÇFR (Rumıniya) 0:1
Floriana (Malta) - Flora (Estoniya) 0:0 (2:4)
Malmö (İsveç) - Lokomotiva (Zaqreb, Xorvatiya) 5:0
Mura (Sloveniya) - PSV (Eyndhoven, Niderland) 1:5
Riqa (Latviya) - Seltik (Şotlandiya) 0:1
Rusenborq (Norveç) - Alanyaspor (Türkiyə) 1:0
Styaua (Rumıniya) - Slovan (Liberets, Çexiya) 0:2
Hapoel (Beer-Şeva, İsrail) - Motervell (Şotlandiya) 3:0
APOEL (Kipr) - Zrinski (Bosniya və Herseqovina) 2:2 (penaltilər 4:2)
Kopenhagen (Danimarka) - Pyast (Polşa) 3:0
Sarayevo (Bosniya və Herseqovina) - Buduçnost (Monteneqro) 2:1
Qalatasaray (Türkiyə) - Hayduk (Split, Xorvatiya) 2:0
Klaksvik (Farer adaları) - Dinamo (Tbilisi, Gürcüstan) 6:1
Qranada (İspaniya) - Lokomotive (Tbilisi, Gürcüstan) 2:0
Şerif (Moldova) - Dandalk (İrlandiya) 1:1 (penaltilər 3:5)
Şkendiya (Şimali Makedoniya) - Tottenhem (İngiltərə) 1:3
Standard (Belçika) - Voyvodina (Serbiya) 2:1
Volfsburq (Almaniya) - Desna (Ukrayna) 2:0
Milan (İtaliya) - Bodo Qlimt (Norveç) 3:2
Bazel (İsveçrə) - Anortosis (Kipr) 3:2
Sankt Qallen (İsveçrə) - AEK (Afina, Yunanıstan) 0:1
LASK (Avstriya) - Dunayska Streda (Slovakiya) 7:0
Legiya (Polşa) - Drita (Kosovo) 2:0
Riyeka (Xorvatiya) - Kolos (Kovalevka, Ukrayna) 2:0
Sportinq (Portuqaliya) - Aberdin (Şotlandiya) 1:0
Villem II (Niderland) - Reyncers (Şotlandiya) 0:4

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.