İdman

Semedu "Barselona" ilə vidalaşdı

23 Sentyabr 2020 17:44
Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"dan ayrılacağı gözlənilən Neson Semedu klubla vidalaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi sosial şəbəkə hesabında Kataloniya klubunun  rəhbərliyinə və komanda yoldaşlarına təşəkkür edib:

"Barselona"ya xəyallarımı gerçəkləşdirməyə - bu formanı geyinməyə, "Nou Kamp"da oynamağa, dünyanın ən yaxşı klubunda öyrənməyə və əylənməyə şərait yaratdığı üçün təşəkkür edirəm. Həm oynamağıma, həm də şəxsən böyüməyimə köməklik etdiyiniz üçün minnətdaram. "Barselona"ya gəldiyim vaxtdan mənim yanımda olan həmkarlarıma, klub işçilərinə və bütün insanlara təşəkkür edirəm".
 
Qeyd edək ki, N.Semedu "Barselona"ya 2017-ci ildə "Benfika"dan keçib. Onun İngiltərənin "Vulverhempton" klubuna keçəcəyi və tərəflərin 5 illik müqavilə ilə bağlı razılığa gəldiyi haqda məlumatlar yayılıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.