"Neftçi" bizə yüksək tempdə cavab verdi"- Fatih Terim
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Oyuna nəzarət bizdə idi. Matça əla başlamışdıq".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib.
- Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu. Qolu da "ölü top"dan buraxdıq. Bəlkə də, futbolçularım növbəti matçı düşünürdülər.
- Gözlədiyimiz start heyəti olmadı. Bu, nə ilə bağlı idi?
- Üç dəyişiklik haqqımız var. Dörd nəfərə də istirahət verdik. Bəzilərinin oynamasına ehtiyac var idi. 6-7 futbolçumuz nisbətən istirahət etmiş oldu. Bu gün doğru rotasiya oldu. Onsuz da heç vaxt medianın gözlədiyi heyət meydana çıxmır. Bəzən bunu etmək məcburiyyətindəyik. Rotasiya vacibdir. Futbolçuların nə qədər hazır olduğunu gördük. Məqsəd mərhələ keçmək idi, buna da nail olduq.
- "Neftçi"nin oyunu barədə nə düşünürsünüz?
- "Neftçi" yaxşı komandadır, yaxşı mübarizə apardı. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim oyuna nəzarət etməyimiz kimi normal heç nə yoxdur. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və ya daha zəif oynasaydıq, bu, sürpriz olardı. Amma meydanda "dişli" bir rəqib gördük.
- Azərbaycanın qonaqpərvərliyi və baş məşqçi kimi 500-cü oyununuz barədə nə deyə bilərsiniz?
- Azərbaycana təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda da 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi.
- Dünən "Neftçi"nin heyətində bəyəndiyiniz futbolçuları qeyd etmişdiz. İndi hansı fikirdəsiz?
- Dünən rahat bir oyuna baxdıqdan sonrakı fikirlərimi bildirmişdim. Bu gün isə öz komandamın oyununa yönəlmişdim. Ona görə də "Neftçi" barədə nəsə deyə bilmərəm.
- Jesse Sekidika vaxtilə "Neftçi"də baxışda olsa da, bəyənilməyib. Siz onu hansı xüsusiyyətinə görə bəyənmisiniz?
- Biz bəyənmişik. Olur belə şeylər. Bəzən kimisə bəyənmirsiz, amma qısa müddətdə inkişaf edir. Gənc futbolçular üçün tez qərar verməmək lazımdır. Bəyəndiyimiz üçün transfer etmişik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
XƏBƏR LENTİ
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat





