İdman

Qalmaqallı oyunla bağlı cəzalar açıqlandı

17 Sentyabr 2020 16:42
Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Futbol Federasiyası Liqa 1-in 3-cü turunda PSJ -  "Marsel" görüşündə qırmızı vərəqə alan 5 futbolçunun cəzasını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinin  müdafiəçisi Layvin Kurzavaya davanı başlatdığı üçün 6, onunla dava edən "Marsel"in oyunçusu Cordan Amaviyə 3 oyunluq cəza verilib.

"Marsel"in müdafiəçisi Alvaro Qonzalesə vuran PSJ-nin oyunçuları Neymar və Leandro Parades 2 oyunda iştirak etməkdən məhrum olublar.  "Marsel"in digər oyunçusu Dario Benedetto isə 1 matç yaşıl meydanlardan kənarda qalacaq.

Neymara qarşı irqçi ifadələr işlətdiyi iddia edilən Alvaro Qonzales haqqında araşdırmanın isə davam etdiyi bildirilib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Marsel" PSJ-yə 1 cavabsız qolla qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.