İdman

"Qalatasaray" tarix yaza bilər - "Neftçi" ilə oyunda

17 Sentyabr 2020 12:46
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" klubu Türkiyə futbol tarixinə düşə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunun üçün İstanbul təmsilçisi bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda qələbə qazanmalıdır.

Belə olarsa, "cim-bom" avrokuboklarda 100-cü qalibiyyətini əldə edəcək. "Sarı-qırmızılılar"ın indiyə qədər Avropa arenasında 99 qələbəsi, 75 heç-heçəsi, 111 məğlubiyyəti var. Fatih Terimin kollektivi "Neftçi"ni üstələyərsə, avrokuboklarda 100-cü qələbəsini qazanan ilk Türkiyə təmsilçisi olacaq.

Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.