İdman

Azərbaycan Premyer Liqası dünyada 30-cudur

11 Sentyabr 2020 22:16
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son 5 mövsümdə dünyada ən çox vərəqə göstərilən futbol çempionatlarını araşdırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hesabat 87 ölkənin yüksək liqasının göstəricilərini əks etdirir. Azərbaycan Premyer Liqası bu göstəricidə 30-cu sırada yer alıb.

Premyer Liqada hər oyuna orta hesabla 4,7 sarı, 0,26 qırmızı vərəqə düşür.

Qırmızı vərəqə sayı baxımından Yaponiya (0,08), Norveç (0,10) və Malayziya (0,11) intizamı ilə fərqlənir.

Ən çox vərəqənin göstərildiyi liqa isə Boliviya çempionatıdır. Burada hər oyunda ortalama 6,32 sarı, 0,60 qırmızı vərəqə olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.