"Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Brantford"un hücumçusu Olli Uotkinsi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı ingilis hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Britaniya mətbuatı bu transferin "Birmingem" klubuna 33 milyon funt-sterlinqə başa gəldiyini iddia edir.
Qeyd edək ki, Uotkins 2017-ci ildən Brantford-un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın oyunda 49 oyuna 26 qola imza atıb.
Milli.Az