"Sabah"la yollarını ayıran futbolçu Cavid Tağıyev Türkiyədə əməliyyat olunub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 28 yaşlı yaşlı yarımmüdafiəçi şəxsi "Feysbuk" hesabından paylaşım edib. O, xaçvari bağlarından əməliyyat olunub.
Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Qarabağ", "Zirə" və "Sumqayıt"da da çıxış edib. O, 2 dəfə Azərbaycan millisinin formasını geyinib.
Milli.Az