İdman

Ronaldu 100-cü qolunu şərh etdi

10 Sentyabr 2020 09:39
Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığmanın heyətində vurduğu 100-cü qolunu şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı 35 yaşlı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb: "Bu tarixi mərhələyə çatmağımda mənə kömək edən bütün həmkarlarıma, məşqçilərimə və milli komandanın işçilərinə təşəkkür edirəm".

Qeyd edək ki, Ronaldu dünən UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə matçda (2:0) dubla imza ataraq yığmadakı 100 və 100-ci qollarını vurub. Bununla da "Yuventus"un üzvü millidə 100 qol həddinə çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin sabiq hücumçusu Əli Daei yığmada 100-dən artıq qol vurmağı bacarıb. Azərbaycan əsilli keçmiş futbolçu 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.