İdman

UEFA "Qarabağ" - "Molde" oyununun məkanını və vaxtını açıqladı

9 Sentyabr 2020 18:18
Baxış: 2 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" oyununun məkanını və başlama saatını açıqlayıb.

Milli.Az Apasport-a istinadən bildirir ki, qitə futbol qurumu Bakıda keçirilməli olan görüşün yerini dəyişib. 

Norveç klubunun xahişini nəzərə alan UEFA qarşılaşmanın Kiprdə keçirilməsini qərara alıb. Bu komandalar sentyabrın 16-da Larnaka şəhərində yerləşən "AEK Arena"da üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.