İdman

"Yuventus"un arzusu - Messi-Ronaldo tandemi

29 Avqust 2020 08:23
Baxış: 3 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi ilə daha bir komanda təmasa keçib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Turin klubu argentinalı futbolçunun menecerliyini edən atası Xorxe Messiyə müraciət ünvanlayıb.

İtaliya təmsilçisi yeni mövsümdən Lionel Messi - Kriştianu Ronaldo tandemini yaratmaq niyyətini çatdırıb və futbolçunun transferində maraqlı olduğunu bəyan edib. Lakin Leo karyerasını "Mançester Siti"də davam etdirmək fikrindədir. "Şəhərlilər" bu keçid qarşılığında 100 milyon avro və 3 futbolçusunu (Qabriel Jezuş, Bernardo Silva, Erik Qarsiya) "Barselona"ya təklif edib.

Qeyd edək ki, PSJ də Messinin atası ilə əlaqə saxlayıb. Ancaq Xorxe Messi oğlunun "Mançester Siti"də oynamaq istəyində olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.