İdman

Mirançuk 14,5 milyon avroya "Atalanta"ya transfer edilib

29 Avqust 2020 07:03
Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Lokomotiv" futbol klubunun rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk İtaliyanın "Atalanta" klubuna transfer olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Sky Sports" telekanalının jurnalisti Fabrisio Romano bu barədə xəbər yayıb.

Onun sözlərinə görə, razılaşma başa çatıb. Tərəflərin bütün lazımi sənədləri tərtib etməsi qalır, bundan sonra keçid rəsmi olaraq elan ediləcək. "Atalanta" 24 yaşlı oyunçu üçün "Lokomotiv"ə 14,5 milyon avro ödəyəcək.

Hazırda Mirançuk zədəlidir. Yeni mövsümdə oyunçu Russiya Premyer Liqasındada 5 oyun keçirib, iki qol vurub və bir faydalı ötürmə, keçən mövsümdə isə yarımmüdafiəçi müxtəlif turnirlərdə 30 oyuna çıxıb, 14 qol vurub və beş faydalı ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.