İdman

“Milan” İbrahimoviçlə razılığa gəldi

22 Avqust 2020 10:39
Baxış: 950

"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləmək barədə razılığa gəlib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, razılığa əsasən, isveçli hücumçu daha 1 mövsüm A seriyası təmsilçisində çıxış edəcək. O, yeni müqavilə ilə 1 mövsüm üçün 6 milyon avro və bonuslar qazanacaq.

Qeyd edək ki, bundan əvvəl "Milan" və 38 yaşlı hücumçunun maaş məsələsində razılığa gələ bilmədiyi iddia olunurdu.

Xatırladaq ki, Z.İbrahimoviç bu ilin yanvarında "Los Anceles Qelaksi"dən "Milan"a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısında komandanın heyətində çıxdığı 18 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.

Milli.Az 

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics